Tarix: 10.09.2024 / 16:43
 Murmanskda taksi sürücüsü azərbaycanlı gənci    niyə tutdurdu?

Murmanskda taksi sürücüsü azərbaycanlı gənci niyə tutdurdu?

Rusiyanın Murmansk vilayətinin 34 yaşlı yerli sakini polisə müraciət edərək soyulduğunu bildirib. O, taksi xidmətində işlədiyini və səhər tezdən bir əcnəbini maşına mindirdiyini söyləyib. Səfərin sonunda sərnişin taksi sürücüsünün boynundakı qızıl zənciri qoparıb və naməlum istiqamətə qaçıb. Belə ki, taksi sürücüsünə 40 min rubl məbləğində ziyan dəyib.

Diaspora.TV yerli mediaya istinadla xəbər verir ki, polis tez bir zamanda şübhəli şəxsi müəyyən edib.

Onun əvvəllər məhkumluğu olmayan 36 yaşlı Azərbaycan vətəndaşı olduğu məlum olub. O, təqsirini tam etiraf edib və maddi vəziyyətinin ağır olması səbəbindən zənciri lombarda satmağı planlaşdırdığını bildirib.

Cinayətkarın bunu etməyə vaxtı olmayıb, o, saxlanılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyi cinayət işi açıb. Onu 4 ilə qədər həbs cəzası gözləyir.

Şərhlər

Yaz...