Tarix: 25.07.2024 / 12:38
Münasibət olmasa diaspora fəaliyyəti inkişaf edə bilməz   - İdarə Heyətinin üzvü

Münasibət olmasa diaspora fəaliyyəti inkişaf edə bilməz - İdarə Heyətinin üzvü

“Hansı ölkədə yaşadığından asılı olmayaraq, həmin ölkənin səfirliyi ilə münasibət olmasa diaspora fəaliyyətiniz heç vaxt inkişaf edə bilməz. Almaniyada 30 ildən çoxdur yaşayıram. Ona görə də, mən bunu belə qiymətləndirə bilərəm”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Heydər Əliyev adına Boks Komitəsinin rəhbəri Yaşar Niftəliyev deyib.

“Həmvətənlərimizlə burada fəaliyyət göstərən təşkilat və cəmiyyətlərimiz arasında bir bağlılıq var. Yəni bir çox hallarda bizlərə müraciət edirlər. Təbii ki, biz də əlimizdən gələn köməyi göstəririk. Ümumiyyətlə səfirliyimizdən çox razıyam", - deyə müsahibimiz bildirib.

Y.Niftəliyev əlavə edib ki, səfirliyimizin internet səhifəsi də var:

“Biz görüş gününü internet vasitəsilə təyin etdikdən sonra məsələləri həll etmək asan olur. Böyük şəhərlərdə isə səyyar “Asan Xidmət” təşkil olunur. Bu da bizim diaspora fəaliyyətimizə müsbət təsir göstərir. Biz Azərbaycan səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, yaşadığımız ölkədə fəaliyyət göstərən cəmiyyət və təşkilat rəhbərləri, yerli orqanlarla sıx əlaqə saxlayırıq. Yol xəritəmizi də bunlar üzərində həyata keçiririk”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...