Tarix: 18.10.2024 / 11:13
Müğənniyə təcavüz edən azərbaycanlı    həbs edildi

Müğənniyə təcavüz edən azərbaycanlı həbs edildi

17 il əvvəl Norilskdə kafe müğənnisinə təcavüz edən azərbaycanlı 4 il müddətinə azadlıqdan məhrum edilib.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Cinayət 2006-cı il noyabrın 25-də törədilib. Yerli kafelərdən birində müğənni işləyən qadın gecə növbəsindən sonra evə getməyə hazırlaşıb. Kafeyə gələnlərdən birinin - azərbaycanlının onu evə aparmaq təklifi ilə razılaşıb.

Kişi avtomobilə yanacaq doldurmalı olduğunu deyib və sərnişini Nansen küçəsindəki qaraja aparıb. Orada qadını arxa oturacaqda döyüb, sonra isə zorlayıb. İstəyinə çatan təcavüzkar maşınla qadını evinə aparmaq qərarına gəlib. Yolda maşını saxlayıb mağazaya düşüb. Zərərçəkən bundan istifadə edərək ən yaxın polis bölməsinə üz tutub.

Təcavüzkar cinayət məsuliyyətindən qorxaraq Dudinkaya gedib. Oradan yük gəmisində Yenisey çayı ilə Krasnoyarska yola düşüb. Ordan da Azərbaycana qayıdıb.

2024-cü ildə Yekaterinburqda hüquq-mühafizə orqanlarının əməkdaşları təcavüzkarı yaxalayıblar. O, illər sonra Rusiyaya işləmək üçün qayıdıbmış.

Şərhlər

Yaz...