Tarix: 25.12.2024 / 17:00
Müdafiə Nazirliyi azərbaycanlı ilə bağlı    açıqlama yaydı

Müdafiə Nazirliyi azərbaycanlı ilə bağlı açıqlama yaydı

Gürcüstan Müdafiə Nazirliyi Marneuli hərbi hissəsində 19 yaşlı əsgər Ziyəddin Məmmədovun ölümü ilə bağlı açıqlama yayıb.

Diaspora.TV Gürcüstan mediasına istinadla xəbər verir ki, тazirliyin açıqlamasında mərhumun hadisə yerində dünyasını dəyişdiyi bildirilir.

Bəyanatda deyilir:

“Müdafiə Nazirliyi hərbi qulluqçu Ziyəddin Araz oğlu Məmmədovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə başsağlığı verir. Faktla bağlı Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsi ilə araşdırma başlanılıb. İstintaq çərçivəsində bütün zəruri prosessual və istintaq hərəkətləri həyata keçirilir”.

Şərhlər

Yaz...