Tarix: 27.07.2024 / 16:44
Moskvalılar Azərbaycan çayını   niyə sevirlər?

Moskvalılar Azərbaycan çayını niyə sevirlər?

Ətirli çay, simitlər, zəncəfilli çörəkləri, fincanlar, boşqablar - yaxşı çay süfrəsi üçün lazım olan hər şey Moskvada bir yerə toplanıb.

Diaspora.TV moskva-baku saytına istinadla xəbər verir ki, Tverskaya meydanında “Moskva Tea Party” festivalı başlanıb. Festivalda Azərbaycan çayı da təmsil olunur.

Festivalda təqdim olunan çayların dadına baxan moskvalılar bildirirlər ki, Azərbaycan çayını dadmaq istəyirlər, çünki çoxları onu sevir və evdə çay süfrələrində içirlər.

Moskvalılara Azərbaycan çayı qızıl çərçivəli armudu stəkanlarda təqdim olunub. Moskvalılar və paytaxt qonaqları Azərbaycanın çay ənənələri ilə o qədər də tanış deyillər. Amma onlar yaxşı bilirlər ki, rus və Azərbaycan çayı adət-ənənələrində hansı ümumi cəhətlər var.

“Çay ənənəsi bir çox xalqlarda var, lakin daha çox cənublularda var. Qonaqpərvərlik, mehribanlıq və qonaqları qarşılamaq sevinci ilə bütün ənənələr oxşardır. İstər burada, istərsə də Azərbaycanda əziz qonaqları belə içki ilə qarşılayırlar. Ümumiyyətlə, köhnə günlərdə qonaqları samovarla qarşılayırdılar”, - festivalın qonaqlarından biri bildirir.

Festivalda çayların yanında müxtəlif şirniyyatlar təqdim olunsa da nədənsə paxlavaya hələ ki, rast gəlinmir. Amma festival sentyabrın 15-nə kimi davam edəcək, ümid edək ki, təmsilçilərimiz milli şirniyyatlarımızı bundan sonra təqdim edərlər.

Şərhlər

Yaz...