“Dövləti tanıdan onun siyasəti və qüdrətidir. Xalqı, milləti tanıdan isə onun mədəniyyəti, incəsənəti və musiqisidir. Azərbaycan dünya musiqi xəzinəsinə qiymətli incilər bəxş edib. Xarici ölkələrdə bizi daha çox tanıdan Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Vaqif Mustafazadə, Müslüm Maqomayev, Polad Bülbüloğlu və bir çox istedadlı musiqiçilər olub”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Moskvada fəaliyyət göstərən “ŞUŞA - Azərbaycan Musiqi Mərkəzi”nin rəhbəri, Azərbaycanın Əməkdar artisti Qorxmaz Axundov deyib.
Q.Axundov qeyd edib ki, 1996-сı ildə açılan “Azərbaycan Təhsil - Mədəniyyət Mərkəzi” bir-iki il Azərbaycanın Rusiyadakı səfirliyinin binasında həftəsonu məktəbi kimi fəaliyyət göstərib.
“Prezidentimiz Cənab İlham Əliyev həmişə vətəni sevən, vətənpərvər gənclər yetişdirilməsini tövsiyə edir. Moskvadakı “Azərbaycan Təhsil - Mədəniyyət Mərkəzi" yüzlərlə vətənpərvər gənclərin yetişməsində mühüm rol oynayıb. Mərkəzdə Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti, musiqisi, adət - ənənələri, milli rəqsləri, Azərbaycan mətbəxi kimi dərnəklər fəaliyyət göstərirdi. Mərkəzin nəzdində yaratdığım "Azərbaycan bülbülləri" ("Соловьи Азербайджана") Uşaq İnsturmental Mahnı və Rəqs Ansamblı nəinki Moskvada, Rusiyanın bir çox regionlarında Azərbaycan musiqisini uzun illər ləyaqətlə təbliğ edib. Biz artıq Moskvada "filarmoniya" rolu oynayır, şəhərin, səfirliyin, diasporanın bütün tədbirlərində iştirak edirik”, - deyə müsahibimiz bildirib.
2019-cu ildən Rusiya Azərbaycanlı Gənclər Birliyinin (АМОР) nəzdində “ŞUŞA - Azərbaycan Musiqi Mərkəzinin rəhbəri kimi çalışdığını qeyd edən Q.Axundov məqsədlərinin nəinki Moskvada, ümumiyyətlə Rusiyada Azərbaycan musiqisini tədris, təmsil və təbliğ etmək olduğunu bildirib.
Həsən Hüseynov
Diaspora.TV
Тельман ( гоншу)
Горхмаз мüəllım tək ınçəsənəd ustası jox, həm də çox ğözəl gonşygyr.Allah gorysyn!
22.07.2024 / 15:34