Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti Şurasının nümayəndələri paytaxtda yerləşən Morozov Uşaq Şəhər Klinik Xəstəxanasında olublar.
Diaspora.TV xəbər verir ki, Şuranın sədr müavini Həşim Əliyev, təmsilçiləri Leyla Fərəcyeva, Xalidə Səmədova və İradə Məmmədova sümük iliyi və hematopoetik kök hüceyrə transplantasiyası şöbəsində müalicə alan uşaqlara Yeni il hədiyyələri təqdim ediblər.
Şura sədrinin müavini Həşim Əliyev qeyd edib ki, çətin həyat vəziyyətinə düşmüş belə ailələr qarşısında hamımız sosial məsuliyyət hiss edirik və bu cür xeyriyyə tədbirlərini davam etdirməyə çalışacağıq.
Azərbaycan diasporunun fəalları valideynlərlə birlikdə 15 ağır xəstə uşağa təbriklərini çatdırıblar.