Tarix: 05.08.2024 / 21:33
Moskvada miqrantlar üçün işgəncə mərkəzi - Saxarova  - VİDEO

Moskvada miqrantlar üçün işgəncə mərkəzi - Saxarova - VİDEO

Deportasiya olunmuş qırğızıstanlı Moskvadakı Saxarova xüsusi təcridxanasından danışıb…

Qırğızıstanlı Askar Uskenbayev 2024-cü ilin iyulunda Rusiyadan deportasiya edilib. Bundan əvvəl o, Moskvanın kənarında miqrantların müvəqqəti saxlanması üçün qapalı müəssisə olan Saxarova mərkəzində beş gün qalıb. Əskərin sözlərinə görə, bu mərkəzdə əcnəbilərlə “çox kobud” rəftar edirlər:

“Onları ələ salır, döyürlər”.

Bundan əlavə, artıq vətənində olan qırğızıstanlı bildirir ki, həbsxanada olarkən balansındakı bütün pulları hesabından çıxarıblar.

Əsgər Uskenbayev 7 il əvvəl Moskvaya gedib. Əsasən tikinti işlərində çalışıb. O deyir ki, əvvəllər də miqrantların yoxlanılması olub, lakin o, hər kəsin ardıcıl olaraq qovulduğu belə kütləvi yoxlama görməyib. Saxarovada Əsgər bir neçə həmyerlisi ilə görüşüb. Onlar ona bildiriblər ki, miqrasiya mərkəzində vaxtaşırı döyülüb Ukraynaya müharibəyə getməyə məcbur ediliblər.

Əskərin sözlərinə görə, Mərkəzdəki şərait çox bərbaddır. Balaca bir kamerada eyni anda 42 nəfər saxlanılır, yatacaqlar tam yararsızdır. Saxlanılanlar köynəklərini başlarının alıtna qoyub yatırlar. Gecələr “həbsxana” kondisioner vasitəsilə elə dərəcəyə qədər soyudulur ki, saxlanılanlar səhərə kimi az qala, soyuqdan donur. Əsgərin sözlərinə görə, saxlanılan miqrantlara tualet ehtiyaclarını normal ödəməyə imkan verilmir. Yaxınlarına isə ancaq üç gündən bir zəng etməyə icazə verilir.

Deportasiya günü miqrantların qollarına qandal vurulur və avtobusa mindirilir.

Miqrant bildirir ki, məmurlar ana söyüşü ilə söyür, aşağılayır, elektroşokdan, dəyənəkdən istifadə edərək döyürlər. Aeroprtda hamının gözü qabağına alçaldırlar. Ətrafdakılar da onlara terrorçu kimi baxır.

Əsgər qeyd edib ki, Saxarova işgəncə mərkəzində miqrantlar Ukraynada müharibəyə getməyə fəal şəkildə təşviq olunurlar:

“Hər gün gəlib deyirlər: “Kimsə Ukraynaya getmək istəsə, bir illik müqavilə ilə hər ay 364 min rubl alacaq. Bir il ərzində 4 milyondan çox qazanacaqsınız. Və sizə Moskva vilayətində torpaq sahəsi də verəcəklər." Mən eşitdim ki, bizim qırğız oğlanlardan bəziləri razılaşıb və indi Ukraynada döyüşürlər. Deyirlər ki, ora ən çox taciklər gedir".

Bundan əlavə, qırğızıstanlı iddia edir ki, Saxarovada olduğu müddətdə balansında olan bütün pulları hesabından çıxarılıb:

“Saxarovda səni qəbul edəndə, əlində olan hər şeyi götürürlər: sənədlər, pul kisəsi, açarlar və digər şəxsi əşyalar. Deportasiya üçün təyyarəyə aparanda pul kisəsini geri qaytarırlar. Lakin onlar quldurluğun yeni yollarını tapıblar. Mən təyyarədən düşüb evə çatanda kartımı yoxlayarkən, bütün pullarımın çəkildiyini gördüm”.

Hazırladı:
Vahid
Diaspora.TV


Şərhlər

Yaz...