Tarix: 17.05.2024 / 23:01
Moskvada azərbaycanlı iş adamını  öz oğlu qətlə yetirdi

Moskvada azərbaycanlı iş adamını öz oğlu qətlə yetirdi

Moskvada azərbaycanlı iş adamı oğlu tərəfindən amansızcasına qətlə yetirilib.

Diaspora.TV Rusiya KİV-nə istinadən xəbər verir ki, 30 yaşlı Fərid Fəttahov tanınmış iş adamı olan atası, 69 yaşlı Əşrəf Fəttahovu döyərək qətlə yetirib.

Hadisə iş adamının Moskvanın cənub-şərqindəki Bratislavskaya küçəsindəki mənzildə baş verib.

Qeyd edək ki, qətlə yetirilən Əşrəf Fəttahov Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirib. O, müxtəlif vaxtlarda “Eqvekinot” dəniz limanı,
"Spetsstroyekspluatasiya" və "Ural Geoloji Ekspedisiyası" şirkətlərinin direktorlar şurasının sədri olub.

Fəttahov həmçinin "Qazprom"un Bryansk filialının və Metal və Materiallar Mərkəzi Elmi-Tədqiqat İnstitutunun direktorlar şurasında təmsil olunub.

Onun 30 yaşlı oğlu Fərid isə Qubkin adına Neft və Qaz İnstitutunu bitirib.
İlkin ehtimala görə, Fərid atasını ölümcül döyüb, sonra isə intihara cəhd edib. Oğul Fəttahov cümə günü səhər saat 04:50-də Bratislavski küçəsində yaşadığı mənzilin pəncərələri altında tapılıb və xəstəxanaya aparılıb. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları mənzildə onun atasının meyitini aşkarlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Yaz...