Tarix: 15 Oktyabr 2024 12:48 | Baxış sayı: 286
Moskvada avtomobil partladıldı, yaralılar var   - VİDEO

Moskvada avtomobil partladıldı, yaralılar var - VİDEO

Moskvada avtomobildə partlayış baş verib.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

İlkin məlumata görə, Çin istehsalı olan “Tank” avtomobilində sürücünün oturacağı istiqamətində ön hissəyə partlayıcı yerləşdirilib. Nəticədə 6 yaşlı uşaq və iki kişi yaralanıb.

Hadisə nəticəsində azyaşlı başından xəsarət alıb, sürücü və digər sərnişinin isə qəlpə yaraları aldığı deyilir. Yaralı şəxslər xəstəxanaya yerləşdiriliblər.

Partlayışda, həmçinin yaxınlıqdakı “Mazda” avtomobilinə də ziyan dəyib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərhlər

Yaz...

İran İsrailin əmrlərini necə    icra edir?
Video Qalereya, Cənub vaxtı

İran İsrailin əmrlərini necə icra edir?