Bu ilin 10 ayı ərzində Rusiya paytaxtından Moskva İxrac Mərkəzinin dəstəyi ilə dost ölkələrə 19,9 milyard rubl dəyərində məhsul tədarük edilib.
Diaspora.TV xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin öz Telegram səhifəsində məlumat verib.
Rus sahibkarlarının işlədiyi ilk 3 istiqamətə Çin (5,7 milyard rubl), Qazaxıstan (4,3 milyard) və Azərbaycan (3,3 milyard) daxildir.
Həmçinin məşhur istiqamətlər Belarus, Özbəkistan, Türkiyə, Hindistan, BƏƏ, Misir və Qırğızıstan olub.