Tarix: 28.07.2024 / 12:45
Moskva onlarla yerli etnik təşkilatı  “ekstremist” elan edib

Moskva onlarla yerli etnik təşkilatı “ekstremist” elan edib

Rusiyanın Ədliyyə Nazirliyi bir-biri ilə əlaqəsi olmayan 55 təşkilatı Rusiya Ali Məhkəməsinin keçən ay “ekstremist” təşkilat kimi qadağan etdiyi qeyri-müəyyən “Anti-Rusiya Separatist Hərəkat”ın “struktur bölmələri” elan edib. İnsan hüquqlarının müdafiəsi təşkilatları hakimiyyətin bu təyinatdan yerli hüquq müdafiəçilərinin cinayət təqibi üçün bəhanə kimi istifadə edə biləcəyini söyləyir.

Diaspora.TV xarici KİV-ə istinadən xəbər verir ki, 55 “ekstremist” qrupdan ibarət yeni siyahıya “Rusiya asiyalıları” və “Azad Buryatiya” fondları, “Azad İnqriya” hərəkatı, Saxa Pasifist Assosiasiyası icması və Ümumdünya Çeçen Konqresi daxildir.

Siyahıda Ədliyyə Nazirliyi “Anti-Rusiya Separatizm Hərəkatı”nı ölkənin “çoxmillətli birliyini və ərazi bütövlüyünü məhv etmək” məqsədi ilə xarakterizə edib. “Ekstremist” təyinatı o deməkdir ki, bu ittiham elan olunan hər kəs altı ilə qədər həbs oluna bilər.

Azad Buryatiya Fondunun rəhbəri Alexandra Qarmazhapova bu addıma belə qarşılayıb: "Bunun sürpriz olduğunu deyə bilmərəm. Ali Məhkəmə mövcud olmayan “Anti-Rusiya Separatist Hərəkatını” ekstremist elan edəndə mən dedim ki, bu qərar etnik anti-müharibə hərəkatlarına qarşı verilib və çox güman ki, biz birinci hədəfdəyik”.

Qarmazhapova bildirib ki, qərar Rusiya hakimiyyətinin əvvəllər “xarici agent” və “arzuolunmaz” təşkilat kimi qələmə verdiyi fondun gündəlik işinə az təsir edəcək.

“Biz “arzuolunmaz” təşkilat kimi təyin edildikdən sonra işimizi artıq yenidən qurmuşuq. Bu, çox zəhərli bir statusdur və nə qədər cəsarətli görünməyə çalışsaq da, bu çətindir, çünki insanlar bizimlə danışmaqdan qorxurlar. Şəxsən mənə gəlincə, mən sadəcə olaraq cinayət işlərinin toplanmasına davam edəcəyəm, şübhəsiz ki, bütün kriminal rejim dağılan kimi onlara xitam veriləcək”, - deyən və “müharibə saxtakarlığı” yaymaqda ittiham olunaraq qiyabi olaraq 7 il azadlıqdan məhrum edilən Qarmazhapova bildirib.

Amma bəzi təşkilatlar siyahıya daxil olmanın onları təəccübləndirdiyini deyir.

Müstəqil Saxa Hərəkatının fəalı deyib:

"Bizim əvvəllər nə "xarici agent", nə də "arzuolunmaz" təyinatımız var idi və indi birdən-birə ekstremist kimi damğalandıq. Xarici agent elan edilməmək üçün hər cür tədbir gördük: biz fəaliyyətimizi zəiflətdik, heç bir müsahibə vermədik. Biz cəmi min izləyicisi olan çox kiçik ictimai səhifəyik. Kreml bizi doğrudanmı təhlükə kimi görür?”

Cümə günü hədəfə alınan təşkilatlar arasında Azad Rusiya Fondu da var idi və o, “ekstremist” adlandırılmasını “müstəqil səsləri və Putin rejiminin povestinə etiraz edən təşkilatları hədəf alan daha geniş repressiya modelinin bir hissəsi” kimi qiymətləndirib:

"Bu təyinat Rusiyada demokratik dəyərlər və insan haqlarını müdafiə edənləri qorxutmaq və susdurmaq cəhdidir", - təşkilatın bəyanatında deyilir:

“Lakin FRF azad və demokratik cəmiyyət üçün rus xalqını dəstəkləmək missiyasına sadiq qalır”.

Əvvəllər “arzuolunmaz” təşkilat kimi tanınan Azad Rusiya Fondu “ekstremist” təyinatına cavab vermək üçün bütün qanuni yollara əl atacağına söz verib: "Biz bu statusa etiraz etmək və demokratik dəyərləri müdafiə edən bütün şəxslərin və təşkilatların hüquqlarına hörmət edilməsini təmin etmək üçün çalışacağıq".


Şərhlər

Yaz...