Tarix: 16.08.2024 / 11:55
Moskva məktəblərində miqrant uşaqlar üçün    kvota olacaq

Moskva məktəblərində miqrant uşaqlar üçün kvota olacaq

“Ədalətli Rusiya - Həqiqət naminə” fraksiyası miqrant uşaqlar üçün məktəblərdə kvotalar haqqında qanun layihəsini təqdim edəcək.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, bu barədə Dövlət Dumasının Nəzarət Komitəsi sədrinin birinci müavini Dmitri Qusev bildirib. O, bu təşəbbüsün Moskva üçün xüsusilə aktual olduğunu vurğulayıb.

“Mühüm təşəbbüs siniflərdə miqrant uşaqların sayı üçün kvotaların müəyyən edilməsidir. Biz moskvalılarla bu məsələni müzakirə etdik və bu, paytaxt üçün doğrudan da ciddi vəzifədir. Biz bir sinifdə üç miqrant uşaqdan çox olmamaq limitini təklif edirik. Bu, Moskva hökuməti üçün ciddi çağırışdır. Artıq payız sessiyasında biz bu təşəbbüsü hazırlayacağıq və təbliğ edəcəyik”, - deyə Qusev bildirib.

D.Qusev həmçinin qeyd edib ki, miqrasiya anklavlarının formalaşması əcnəbilərin Rusiya cəmiyyətinə uğurlu inteqrasiyasına kömək etmir:

“Əsas məqsəd miqrantların maksimum assimilyasiyasıdır. Qanuni miqrantlara bizim yanımızda yaşamaq imkanı yaratmaq lazımdır, bir şərtlə ki, onlar rusca danışsınlar, tariximizə, mədəniyyətimizə hörmət etsinlər. Vacibdir ki, hər bir miqrant öz xalqının nümayəndəsi olaraq, fəxrlə özünü rus adlandıra bilsin. Bu, əsl assimilyasiyadır".

Şərhlər

Yaz...