Tarix: 10.10.2024 / 00:10
Moqoçada keçmiş arvadını güllələyən azərbaycanlı    həbs edildi

Moqoçada keçmiş arvadını güllələyən azərbaycanlı həbs edildi

Oktyabrın 7-nə keçən gecə Moqoçoda keçmiş arvadını tapança ilə güllələyən azərbaycanlı həbs edilib.

Diaspora.TV xəbər verir ki, bu barədə prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Məhkəmə müstəntiqin vəsatətini təmin edərək təqsirləndirilən şəxsi iki ay müddətinə həbs edib”, - deyə idarədən bildirilib.

Bundan əvvəl mərhumun cəsədinin iki ev arasında tapıldığı bildirililmişdi. Cinayəti törətməkdə şübhəli bilinən azərbaycanlı hadisə yerində saxlanılıb.

Müstəntiqlərin fikrincə, o, zərərçəkmişi həqiqi gülləyə çevrilmiş travmatik tapança ilə vurub. Qurbanın bədənində bir neçə güllə yarası aşkar edilib.

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bu cinayət işinin istintaqının gedişi haqqında hesabat təqdim etməyi tapşırıb.


Şərhlər

Yaz...