Urmu bələdiyyə voleybol komandasının baş məşqçisi Əbdülrza Əlizadə urmulu qadınlara qarşı ayrı-seçkiliyə kəskin etirazını bildirib.
Diaspora.TV xəbər verir ki, bu barədə Günaz.TV məlumat yayıb.
"Digər şəhərlərdə qadınların voleybol zalında iştirak etmək hüququ var. Urmu qadınları niyə bu hüquqdan məhrumdur?!", - deyə Əbdülrza Əlizadə bildirib.
Qeyd edək ki, İranın fərqli şəhərlərində qadınlara idman oyunlarını canlı izləməyə imkan verilsə də Güney Azərbaycanda rejim hələ də əngəllər törətməyə davam edir.