Tarix: 04.06.2024 / 21:48
Həbs olunan azərbaycanlı  fəalın  həyatı təhlükədədir

Həbs olunan azərbaycanlı fəalın həyatı təhlükədədir

İrqçi fars-molla rejimin Tehranın Evin zindanında həbsdə saxladığı və bir neçə xəstəlikdən əziyyət çəkən işçi hərəkatı fəalı Rza Şəhabinin vəziyyətinin ağırlaşmasına baxmayaraq onun müalicəsinə icazə verilmir.

Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Evin zindanının rəhbərliyi həkimlərin Rza Şəhabinin həbsxanadan kənarda - xəstəxanada təcili əməliyyat edilməsi barədəki arayış və tövsiyələrinə də əhəmiyyət vermir. Bu da azərbaycanlı fəalın həyatına ciddi təhlükə yaradır.

Qeyd edək ki, 2022-ci il mayın 12-də həbs edilən fəal əslən Güney Azərbaycanın Şəbistər şəhərindəndir.

Azərbaycanlı işçi fəalı “hökumətə qarşı təbliğat”“ökənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq”da ittiham edilərək 6 il azadlıqdan məhrum edilmişdi.

Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. Həbs edildiyi zaman məmurlar tərəfindən döyüldüyünə görə fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət alıb.

Şərhlər

Yaz...