Fars-molla rejimi Evin zindanında həbsdə olan azərbaycanlı fəal Ayaz Seyfxah və Kərəm Mərdanəni mühakimə edib.
Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Evin zindanında qeyri-qanuni 8 aya yaxın həbsdə saxlanılan fəallar Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində “İslam Respublikasının daxili və xarici təhlükəsizliyinə qarşı sövdələşmə və toplaşma” və “casusluq” ittihamlarına qarşı özlərini müdafiə ediblər.