Tarix: 21.09.2024 / 18:08
 Moldova Rusiyadakı diasporun səsvermə imkanını    məhdudlaşdırır?

Moldova Rusiyadakı diasporun səsvermə imkanını məhdudlaşdırır?

Moldova Mərkəzi Seçki Komissiyasının Rusiya Federasiyasındakı seçki məntəqələrinin sayını 5-ə endirməsi Rusiyada yerləşən diasporu oktyabrın 20-də keçiriləcək prezident seçkilərində və Aİ-yə üzv olmaq üzrə referendumda rahat səs vermək imkanından məhrum etmək məqsədi daşıyır.

Diaspora.TV xəbər verir ki, Qaqauziyanın rəhbəri Yevgeniya Hutsul bu barədə sentyabrın 20-də Sankt-Peterburqdan Kişinyova qayıdarkən jurnalistlərə deyib:

“Bu, həddən artıq çirkindir, lakin bunun nə üçün edildiyini başa düşürük- sakinlərimizin, Rusiya Federasiyasında yerləşən diasporumuzun rahat səs vermək imkanı olmasın. Lakin bəzi Qərb ölkələrində əvvəlki seçkilərlə müqayisədə daha çox seçki məntəqəsi açılıb ki, bu qorxulu haldır”.

Hutsulun sözlərinə görə, Moldova Respublikasının sakinləri seçki məntəqələrinin ixtisarına son dərəcə mənfi münasibət bəsləyirlər. O, xatırladıb ki, Rusiya Federasiyası kimi bir əraziyə beş seçki məntəqəsi ayrılıb ki, bu da 2021-ci ildə keçirilən parlament seçkiləri zamanı olduğundan bir neçə dəfə azdır. O, əmindir ki, bu cür hərəkətlər Moldova hakimiyyətinin qorxusunu bir daha göstərir ki, xalq bu prezidenti dəstəkləmir.

"Artıq gördüyümüz kimi, bəzi namizədlər qeydə alınmayıb və onlar da səsvermə hüququndan məhrum ediliblər", - deyə Hutsul qeyd edib və gələcəkdə hakimiyyətdən daha böyük "sürprizlər" gözlədiyini əlavə edib.

Qeyd edək ki, sentyabrın 18-də Moldovada Sosialistlər Partiyası Mərkəzi Seçki Komissiyasının qarşıdan gələn prezident seçkiləri və oktyabrın 20-də Aİ-yə üzvlüklə bağlı referendumda Rusiyada yaşayan seçicilər üçün seçki məntəqələrinin sayının azaldılması ilə bağlı qərarına etiraz edib.

Qeyd olunur ki, MSK ölkədə 400 minə yaxın Moldova vətəndaşının yaşadığını nəzərə alaraq Rusiya Federasiyası ərazisində cəmi beş seçki məntəqəsi açıb. Maraqlıdır ki, cəmi 2495 nəfərin seçkilərdə iştirak etmək arzusunu bildirdiyi İtaliyada 60 seçki məntəqəsi təşkil olunacaq.



Şərhlər

Yaz...