Tarix: 20.12.2024 / 12:05
Moldova Prezidenti soydaşımızı medalla   təltif etdi

Moldova Prezidenti soydaşımızı medalla təltif etdi

Moldova Respublikasının Prezidenti Maya Sandu ölkə qarşısında xüsusi xidmətlərinə və yüksək peşəkarlıq bacarıqlarına görə bir sıra şəxslərə fəxri adlar, medallar təqdim edib.

Diaspora.TV xəbər verir ki, təltif olunanlar sırasında Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov da var.

Soydaşımız Moldova-Azərbaycan dostluğu və əməkdaşlığının, habelə mədəniyyətlərarası dialoqun inkişafında fəal iştirakına görə Moldova Respublikasının “Vətəndaş xidmətlərinə görə” medalına layiq görülüb.

Moldova Prezidenti təltiflərin təqdimetmə mərasimində çıxış edərək fəxri ad və medal alanların işini yüksək qiymətləndirib, onların cəmiyyətin, ölkənin birliyində, inkişafında mühüm rol oynadıqlarını vurğulayıb.

Qeyd edək ki, məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi yayıb.


Şərhlər

Yaz...