Tarix: 18.10.2024 / 17:35
Moldova hakimiyyəti ilə diasporu arasında    qarşıdurma kəskinləşir

Moldova hakimiyyəti ilə diasporu arasında qarşıdurma kəskinləşir

Rusiyada yaşayan Moldova diasporunun nümayəndələri rəsmi Kişinyovdan Rusiya Federasiyasında daha çox seçki məntəqələrinin açılmasını tələb ediblər.

Diaspora.TV Rusiya mediasına istinadən xəbər verir ki, müraciətin müəllifləri bununla sözügedən ölkədəki moldav seçicilərin öz ölkələrində keçiriləcək prezident seçkilərində və respublikanın Aİ-yə daxil olması ilə bağlı referendumda iştirakını təmin etmək məqsədi güdürlər.

Qeyd olunur ki, moldav diasporu Kişinyova bu barədə müvafiq petisiya göndərib. Petisiyada vurğulanır ki, hazırda Rusiya Federasiyasında üç yüz mindən çox moldov yaşayır. Lakin onlara cəmi iki seçki məntəqəsi ayrılıb - biri Moskvada, digəri isə Sankt-Peterburqda.

Qeyd edək ki, Moldova hakimiyyəti-diaspor qarşıdurması uzun müddətdir ki, bu kontekstdə davam edir. Siyasi müşahidəçilər Rusiyadakı moldov diasporunun rəhbərliyinin, əslində, Kremlin və xüsusi xidmət orqanlarının nəzarətində olduğunu idda edirlər. Son petisiyanın əsl müəlifinin də Moldovanı Avoropa İttifaqına güzəştə getmək istəməyən Rusiya hakimiyyəti olduğu bildirilir.

Şərhlər

Yaz...