Misirdə Süveyş-Qahirə magistralında avtobusun qəzaya uğraması nəticəsində 43 turist xəsarət alıb.
Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, avtobusda 43 xarici turist və dörd misirli olub.
Misir nəşrinin verdiyi məlumata görə, zərərçəkənlər arasında 11 türk, iki britaniyalı, 21 rus, 9 italyan və bir avtobus sürücüsü var. Qəzada ölən olmayıb.
Qeyd edək ki, Misir yollarında turist avtobuslarının qəzaya uğraması adi haldır. Qəzaların səbəbləri, bir qayda olaraq, misirlilərin sürücülük mədəniyyətinin zəif olması və sürücülərin tərəfdaşlarının olmaması səbəbindən avtobusu yorğun halda idarə etmələridir. Turistləri daşıyan sürücülər praktiki olaraq dincəlmir, sonra sükan arxasında yuxuya gedirlər.