Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirak etmək üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana dəvət göndərilib. Bir neçə gün öncə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan dəvət məktubunun alındığını təsdiqləyib.
Ancaq o, hələlik iştirakla bağlı qərar verilmədiyini bildirib. Nazir müavininin sözlərinə görə, hazırda bu məsələ hökumətdə müzakirə olunur.
Diaspora.TV xəbər verir ki, "Hraparak" qəzeti Ermənistanın COP29-da iştirakı ilə bağlı bir sıra məsələlərə toxunub.
Qəzetin məlumatına görə, rəsmi mənbələr Ararat Mirzoyanın Bakıda keçiriləcək COP-29 iqlim konfransında iştirak etmək niyyətində olduğunu bildirir. Ancaq yekun qərar hələlik verilməyib.