Məlum olduğu kimi, hər il təhsil, yaşamaq və digər müəyyən səbəblərdən dolayı vətəndaşlarımız xaricə üz tuturlar. Lakin qarşılaşdıqları miqrasiya problemlərini vaxtaşırı gündəmə gətirirlər. Bəs, xaricə gedəndə ilk növbədə nələri nəzərə almaq lazımdır? Vətəndaşlarımız qanunsuz miqrasiya qurbanı olmamaq üçün nə etməlidirlər?
Mövzu ilə bağlı Diaspora TV-yə danışan “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, millət vəkili Azər Allahverənov bildirib ki, vətəndaşlarımız öncəliklə gedəcəkləri ölkələrin miqrasiya qanunları barədə dəqiq məlumat toplamalı, miqrantlarla bağlı mövcud vəziyyəti dəyərləndirməlidirlər.
Onun sözlərinə görə, bəzi ölkələrdə miqrantlara münasibət kifayət qədər kəskin olduğundan insanlar yaşamaq üçün üz tutacaqları şəhərlərdə qurbana çevrilməmək üçün məlumatlı olmalıdırlar.