Tarix: 06.08.2024 / 18:48
Rusiyaya yoxsul, savadsız, işsiz insanlar gəlir - Deputat

Rusiyaya yoxsul, savadsız, işsiz insanlar gəlir- Deputat

Dövlət Dumasının deputatı Mixail Matveev miqrantların Rusiyaya kütləvi axınında Beynəlxalq Miqrasiya Təşkilatını (BMqT) günahlandırıb.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, deputatın sözlərinə görə, onun sponsoru Böyük Britaniyadır və “dağıdıcı ideyaları” təbliğ edirlər.

Deputat əlavə edib ki, miqrantlarla bağlı vəziyyətə görə məsuliyyət Mərkəzi Asiyadan Rusiyaya dəhliz yaratmaq planı ilə hərəkət edən Qərb dövlətlərinin üzərinə düşür:

“Ölkəyə qeyri-qanuni mühacirləri cəlb etməklə, onlar regionda yoxsulluğu azaltmağa çalışırlar və Rusiya üçün demoqrafik problemləri ziyarətçilərin hesabına həll etməkdə fayda əldə edirlər. Ona görə də bizə “yüksək ixtisaslı mütəxəssislər” yox, yoxsul, savadsız, işsiz insanlar gəlir”.

Onun fikrincə, Rusiyada miqrasiya siyasətinin təkmilləşdirilməsi layihələri çox vaxt BMqT-nin maraqlarını dəstəkləyən məmurların günahı ucbatından həyata keçirilmir.

Miqrantların hücumundan və döyülməsindən sağ çıxan Matveev miqrasiya siyasətini sərtləşdirmək üçün ciddi tədbirlər görüldüyünü açıqlayıb.

O, həmçinin qeyd edib ki, yeni qanunların qəbulu prosesi mərhələlərə bölündüyündən, hökumət tez-tez təklif olunan qanun layihələrini təsdiqləmir deyə, bu sahədə iş ləngiyir.

Şərhlər

Yaz...