Tarix: 16.09.2024 / 16:45
Miqrantların qanunsuz olaraq müharibəyə göndərilməsi    halları artır

Miqrantların qanunsuz olaraq müharibəyə göndərilməsi halları artır

Rusiyanın təhlükəsizlik qüvvələri Aksai bölgəsində keçirdiyi reydlər zamanı miqrasiya qanunlarını pozan 15 nəfər aşkarlayıb, onlardan 10 nəfərinin Rusiyaya girişi qadağan edilib, daha 39 nəfərə isə çağırış vərəqəsi verilib.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələri mütəmadi olaraq qeyri-qanuni miqrantların axtarışı üçün reydlər barədə məlumat verir.

Hüquq müdafiəçiləri bildirir ki, Rusiya vətəndaşlığını almış və hərbi qeydiyyatda olmayan miqrantların müəyyən edilməsi və onları hərbi xidmətə göndərilməsi və ya müqavilə bağlamağa razı salmaq məqsədilə antimiqrant reydləri keçirilir.

Qeyd edək ki, son vaxtlar başqa ölkələrin vətəndaşı olan miqrantların qeyri-qanuni olaraq məcburən müharibəyə göndərilməsi barədə xəbərlər artmaqdadır.

Şərhlər

Yaz...