İstehsalat işçisi kimi çalışan miqrantların maaşları 40% artıb.
Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, 2024-cü ilin əvvəlində miqrantların istehsalda əmək haqqı təxminən 105 min rubl idisə, hazırda bu məbləğ 150 min rubla yüksəlib.
Ekspert Vadim Kojenov qeyd edib ki, hazırda ölkədə qaynaqçı, monolitçi, armaturçu, betonçu kimi mütəxəssislərin kəskin çatışmazlığı var. Təcrübəli yeni gələn dərhal işə götürülür və ya yüksək ixtisas tələb olunmadığı üçün öyrədilir.
Kojenov vurğulayıb ki, söhbət qanuni məşğulluqdan gedir və “ağ” sxemlərdə artım var.
Ekspert əlavə edib ki, işəgötürənlər sadələşdirilmiş qeydiyyata görə rusiyalı işçiləri işə götürməyə üstünlük verəcəklər, lakin kadr çatışmazlığını nəzərə alsaq, bu, həmişə mümkün olmur.