Son illərdə Birləşmiş Ştatlar federal məhkəmələrində immiqrasiya işləri ilə bağlı əhəmiyyətli artım qeydə alınıb.
Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, Federal immiqrasiya hakimlərinin baxdığı işlərin sayı 2024-cü maliyyə ilində rekord göstərici olmaqla 1,8 milyona yaxındır. Bu rəqəm ABŞ Sirakuza Universitetinin “Transaction Records Access Clearinghouse” - tərəfsiz, müstəqil tədqiqat təşkilatının təhlilindən götürülüb.
Bu görünməmiş yüksəliş onsuz da, yüklənmiş məhkəmə sistemini xeyli ağırlaşdırıb.
Fərdlər ABŞ sərhədləri daxilində sığınacaq axtardıqca və ya daha yaxşı imkanlara can atdıqca, immiqrasiya ilə bağlı hüquqi mübarizələrin sayı sürətlə artır.
Deportasiya şikayətlərindən tutmuş, sığınacaq iddialarına qədər olan işlərin böyük həcmi federal məhkəmələri alt-üst edib, bu da əhəmiyyətli gecikmələrə və geriləmələrə səbəb olur.
2024-cü ildə deportasiya ilə bağlı ən çox baxılan immiqrasiya məhkəmələri Florida, Kaliforniya, Nyu-York və İllinoys ştatlarında olub.
Məlumata görə, deportasiya qərarı verilən qeyri-qanuni əcnəbi vətəndaşların ən çoxu Honduras, Meksika, Qvatemala, Nikaraqua və Kolumbiyadan olub, onların sayı təxminən 208.000 nəfərdir.