Tarix: 24.09.2024 / 00:10
 Miqrantların deportasiyası videoya    çəkiləcək?

Miqrantların deportasiyası videoya çəkiləcək?

Rusiyada məhkəmə icraçıları miqrantların Rusiyadan deportasiyası ilə bağlı bütün prosesi videoya çəkmək imkanı əldə edəcəklər.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, bu barədə Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) məlumat yayıb.

FSSP miqrantların bütün işlərini lentə alacaq - hərbi xidmətdən yayınanları müşayiət etməkdən tutmuş məhkəməyə, əcnəbilərin Rusiyadan çıxarılmasına qədər.

Lentə alınan videomateriallar arxivdə saxlanılacaq, çəkilişlə bağlı məhkəmə icraçılarına əvvəlcədən xəbərdarlıq ediləcək. Prosesin qeydə alınması üçün İP kameralar, videoregistratorlar, kameralar və digər cihazlardan istifadə olunacaq.

FSSP hesab edir ki, video qeydiyyat miqrantların cinayət törətməsinin qarşısını almağa kömək edəcək.


Şərhlər

Yaz...