Tarix: 04.08.2024 / 12:00
Miqrantlara daha bir qadağa:   Ailə qura bilməyəcəklər

Miqrantlara daha bir qadağa: Ailə qura bilməyəcəklər

Rusiya Federasiya Şurası (SF) ölkədə qeyri-qanuni olan və ya qanunu pozmuş əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin ölkədən çıxarılması haqqında qanunu təsdiqləyib.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, indi qeyri-leqal miqrantlar nə maşın sürə, nə bank hesabı aça, nə də ailə qura bilməyəcəklər. Layihə bu gün Federasiya Şurasının plenar iclasında təsdiqlənib.

Buna əsasən, müvəqqəti qalma və ya miqrasiya sənədləri müddəti bitmiş əcnəbilər Rusiyadan çıxarılacaq, bu, cinayəti olanlara da təsir edəcək.

Qanuna görə, belə miqrantlara daşınmaz əmlak və avtomobil alması, habelə avtomobil idarə etməsi qadağan olunacaq. Onlar Rusiya ətrafında sərbəst hərəkət edə, kredit götürə, yeni bank hesabları aça və mövcud hesablardan ayda 30 min rubldan çox pul xərcləyə bilməyəcəklər. Bundan başqa, miqrantlardan polisə olduqları yer barədə məlumat vermələri tələb olunacaq. Əgər onlar tələbləri dəfələrlə pozsalar, deportasiya olunacaqlar.

Həmçinin əcnəbilərin vizasız müvəqqəti qalma müddəti il ərzində 180 gündən 90 günə endiriləcək.

Qanun çərçivəsində miqrasiya sahəsində dövlət nəzarətini həyata keçirən polis əməkdaşlarının deportasiya rejimində əcnəbinin yaşadığı yaşayış binalarına çıxışı təmin ediləcək. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin miqrasiya sahəsində monitorinqlər apararkən mobil, ödəniş sistemləri və texniki tanınma vasitələrindən alınan məlumatlardan istifadə edə biləcəklər.

Qeyd edək ki, miqrantlara məhdudiyyətlər "Crocus City Hall"da baş verən terror aktından sonra tətbiq olunmağa başlayıb. Rusiya Federasiyasının 89 regionundan 11-də əcnəbilərə taksidə işləmək qadağan edilib. Sadalanan bəzi bölgələrdə onlara kommunal xidmətlər, ictimai nəqliyyat, ticarət, ictimai iaşə, təhsil, informasiya texnologiyaları və media, idman və s.


Şərhlər

Yaz...