İşçi miqrantlar üçün imtahanın yazılı hissəsi lentə alınacaq.
Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, Rusiya pasportu almaq istəyən əməkçi miqrantların imtahanları artıq videoya çəkiləcək.
Hazırda imtahanın şifahi hissəsində və əcnəbi mütəxəssislərin müəyyən edilməsi üçün çəkilişlər aparılır.
Təhsil və Elm Nazirliyinin müvafiq göstərişi Cinayətlərin qarşısının alınması üzrə hökumət komissiyasının protokolunda yer alıb. Bu yenilik miqrantlara yazılı hissəni sadəcə satın alaraq keçməyə imkan verməyəcək.
Qeyd edək ki, saxta arayışların alınması ilə bağlı oxşar hadisələr dəfələrlə baş verib.