Tarix: 05.08.2024 / 17:26
 Miqrantlar Rusiyanı  tərk    edir

Miqrantlar Rusiyanı tərk edir

Ötən həftə bölgəyə daxil olan xarici vətəndaşların sayı gedənlərin sayından az olub.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, bu barədə regional hökumətin əməliyyat müşavirəsində deyilib.

Novosibirsk vilayətində isə miqrasiya vəziyyətinin monitorinqi davam edir. Ötən həftə vilayətə 6714 xarici ölkə vətəndaşı daxil olub, 7651 nəfər isə gedib.

Oxşar vəziyyət bu ilin iyununda da qeydə alınıb: 7864 əcnəbi daxil olub, 9203 nəfər isə gedib.

Xatırladaq ki, regional hüquq-mühafizə orqanları miqrasiya vəziyyətini daim nəzarətdə saxlayır.

Təhlükəsizlik qüvvələri əcnəbi vətəndaşların məskunlaşdığı yerlərdə mütəmadi reydlər təşkil edib, ticarət və tikinti obyektlərini yoxlayıb. Hər həftə miqrasiya qanunvericiliyinin onlarla pozulması faktı aşkarlanır.

Şərhlər

Yaz...