Tarix: 26.11.2024 / 12:30
Miqrantlar maaşa görə Rusiyanı    tərk edirlər

Miqrantlar maaşa görə Rusiyanı tərk edirlər

Rublun məzənnəsinin kəskin ucuzlaşması Rusiyadan miqrantların axınını sürətləndirib.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Artem Kiryanov bildirib.

"Xarici işçilərin Rusiyadan axını həm də rublun zəifləməsi ilə bağlıdır. Çünki bu, onlar üçün maaşların cəlbediciliyini azaldır", - deyə deputat bildirib.

Son üç ayda milli valyuta demək olar ki, 20% dəyər itirib. Ötən gün dolların məzənnəsi 104 rublu, avro isə 109 rublu ötüb.

Miqrant axını səbəbindən ciddi işçi çatışmazlığı ilə üzləşən sahələrdən biri də tikinti sektorudur. Bu gün bu sahədə kadr çatışmazlığı 300 min nəfər olaraq qiymətləndirilir.

Şərhlər

Yaz...