Tarix: 15.09.2024 / 13:40
Miqrantlar FTX tərəfindən    saxlanılıb

Miqrantlar FTX tərəfindən saxlanılıb

Çelyabinsk vilayətində qanunsuz miqrantlar Federal Təhlükəsizlik Xidmətinin (FTX) regional idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, bu barədə vilayət Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Polis əməkdaşları ilə FTX-nin qeyri-qanuni miqrasiyaya qarşı mübarizə üzrə birgə əməliyyatı zamanı on inzibati xəta müəyyən edilib. Saxlanılan 7 əcnəbi Katav-İvanovo Şəhər Məhkəməsinə aparılıb və məhkəmə onların inzibati qaydada ölkədən çıxarılmasına qərar verib”, - deyə bildirilib.

İlin əvvəlindən Katav-İvanovski rayonunda miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 64 faktın qarşısı alınıb. Artıq 13 əcnəbi vətəndaş ölkədən çıxarılıb, miqrantların qondarma qeydiyyatı ilə bağlı iki cinayətin qarşısı alınıb. Polis vətəndaşları qanunsuz miqrasiya halları ilə bağlı Katav-İvanovski rayonundakı Daxili İşlər İdarəsinin növbətçi məntəqəsinə zəng edərək məlumat verməyə çağırır.


Şərhlər

Yaz...