Tarix: 27.11.2024 / 08:35
Miqrantlar düşərgələrdə yaşamalıdırlar    - Deputat

Miqrantlar düşərgələrdə yaşamalıdırlar - Deputat

"Qapalı əmək düşərgələrində yaşamaq Rusiyaya işləmək üçün gedən miqrantları qorxutmamalıdır".

Diaspora.TV xəbər verir ki, bunu Gazeta.ru-ya “Ədalətli Rusiya - Həqiqət Naminə” partiyasının rəhbəri Sergey Mironov qanun layihəsini şərh edərkən deyib.

“Biz miqrantların qapalı əmək düşərgələrində yaşamasında pis bir şey görmürük. Bu, Rusiyaya yalnız pul qazanmaq məqsədi ilə səfər edən xarici vətəndaşlar üçün kifayətdir. Belə düşərgələrdə bütün yaşayış şəraiti sanitariya qaydalarına uyğun olmalıdır. Hesab edirik ki, işəgötürənlər miqrantların geri qayıtmağını, o cümlədən məcburi deportasiyası hallarını təmin etmək üçün xüsusi depozitə vəsait qoymalı və ya bank zəmanəti verməlidirlər. Bu cür maliyyə təminatının olması ölkəmizin ərazisinə giriş icazəsi üçün ilkin şərtə çevrilməlidir”, - deyə Mironov bildirib.

Şərhlər

Yaz...