Tarix: 31.10.2024 / 17:35
Miqrant uşaqları rus məktəblərinə    qəbul olunmayacaq?

Miqrant uşaqları rus məktəblərinə qəbul olunmayacaq?

"Rus dilini bilməyən miqrant uşaqların rus məktəblərinə qəbulundan imtina edilməsi Rusiya Federasiyası Konstitusiyasının pozulması deyil".

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, bu bəyanatla Prezident yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyev çıxış edib.

"Rusiya Federasiyasının əsas qanunu, həqiqətən, hər bir uşağın ümumi orta təhsil almasını tələb edir. Ancaq “uşaq rus dilini bilmirsə, deməli, təhsil ala bilməz. Müvafiq olaraq, belə bir uşağı məktəbə yazdırmaq haqda danışmazdan əvvəl ona rus dilini öyrətmək lazımdır, - deyə Fadeyev bildirib.


Şərhlər

Yaz...