Tarix: 12.09.2024 / 13:00
Miqrant uşaqlar üçün ödənişli təhsilin tətbiqi    təklif edilib

Miqrant uşaqlar üçün ödənişli təhsilin tətbiqi təklif edilib

Yekaterinburq məktəblərində rus dilini bilməyən miqrant uşaqlar üçün ödənişli təhsil tətbiq oluna bilər.

Diaspora.TV xəbər verir ki, bu barədə Ural Müəllimlər Gildiyasının sədri Aleksey Botalov bildirib.

“Ödənişli təhsilə gəlincə, əlbəttə ki, hər şey büdcə ilə bağlıdır. Amma mən şəxsən inanıram ki, bu vəziyyətdən yeganə çıxış yolu budur”, - Aleksey Botalov bildirib.

Onun sözlərinə görə, indi rus dilini bilməyən şagirdlərə dərs deyən müəllimlərin əməyini ödəmək üçün heç bir vəsait yoxdur.

"Müəllimlərə əlavə maaş vermək üçün heç bir vəsait, o cümlədən pul yoxdur"? - deyə Aleksey Botalov bildirib.




Şərhlər

Yaz...