Miqrantların uşaqları məktəbə qədər rus dilini öyrənməlidirlər.
Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, bu barədə Dövlət Dumasının Mədəniyyət üzrə Komitəsi sədrinin birinci müavini Aleksandr Şoloxov deyib.
Deputat vurğulayıb ki, əcnəbilərin uşaqlarının dilin əsaslarını öyrənə biləcəyi hazırlıq sinifləri var.
"Hər hansı bir məktəb hazırlıq siniflərinin mümkünlüyünü nəzərdə tutur. Bu həmişə belə olub. İndi bu düzgün seçim olardı. Məhz hazırlıq siniflərində dilə xüsusi diqqət yetirməyə, sonra isə dildə tədris etməyə dəyər".
Millət vəkili əmindir ki, bu baxımdan hazırlıq kursları problemi yaxşı həll edə bilər.