Tarix: 19.08.2024 / 20:00
Miqrantlar ailələrini Rusiyaya apara bilməyəcəklər  - YENİ QADAĞA

Miqrantlar ailələrini Rusiyaya apara bilməyəcəklər - YENİ QADAĞA

Miqrant işçilərin ailələrini Rusiya Federasiyasına daşımasını qadağan edən qanun layihəsi Dövlət Dumasına təqdim ediləcək.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, Liberal Demokrat Partiyasının bir qrup deputatı Dövlət Dumasına əmək miqrantlarının ailələrini Rusiyaya daşımasını qadağan edən qanun layihəsini təqdim edəcək.

Qanun layihəsinə əsasən, əcnəbilərin Rusiya Federasiyasında işləyən şəxsin qohumu olduqları əsas götürülərək Rusiyaya girişlərinin qadağan edilməsi təklif edilir.

“Miqrant işçilərin ailələri onları evdə gözləməlidir. İşləyən əcnəbilərin qohumları Rusiyaya gələndə onlar kompakt anklavlarda yaşayır, öz dillərində danışır və yerli sakinlərə hörmətsizliklə yanaşırlar. Tez-tez belə miqrant mənzillərinin mənzil-kommunal xidmətlərinə pul ödəməməsi, böyük borclar yığılması halları olur ki, digər sahiblər bununla məşğul olmaq məcburiyyətində qalırlar”, - deyə Leonid Slutski bildirib.

Qeyd edək ki, söhbət ölkədə yalnız əmək müqaviləsi və ya patent əsasında olan aşağı ixtisaslı mütəxəssislərdən gedir.

Şərhlər

Yaz...