Tarix: 17.07.2024 / 09:13
Milyonerlərimiz diaspora dəstək verməlidir   - Əziz Əlibəyli

Milyonerlərimiz diaspora dəstək verməlidir - Əziz Əlibəyli

“Burada bir neçə ciddi məsələ reallaşmalıdır. Birincisi, diaspor özü hərəkəta çevirilməli, ikincisi diaspor dövlətin qərarlarının icrasında mühüm rol oynayan aparatdır. Bu dünyada da belədir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Əziz Əlibəyli diaspor hərəkatını güclü orqanizmə çevirməyin yollarından danışarkən deyib. Politoloq bu hərəkatın İsrail, Ermənistan, Yunanıstan və s. kimi ölkələrdə çox güclü və vahid xətt olduğunu xatırladıb:

“Məncə diaspor hərəkatının uğurlu olması üçün onun strategiyası olmalıdır. Bu strategiya ictimaiyyət üçün açıq və eyni zamanda planlar yaxın, orta və uzaq məqsədli olmalıdır. Bunların hər biri ictimai rəylə bölüşdürülməlidir”.

Ə.Əlibəyli diaspora lobbiçilik, liderlik, kommunikasiyalarla iş bacarığı, ictimaiyyətlə əlaqələr kimi mövzuların öyrədilməsi baxımından çox vacib olduğunu vurğulayıb:

“Diaspor hərəkatının aparıcı qüvvəsi gənclərdir. Bu gün gənclərlə işin necə həyata keçirilməsi ilə bağlı hər hansı monitorinq aparılmır. Bunu ölçmək lazımdır. Beynəlxalq əlaqələrin gücləndirilməsi baxımından başqa diaspor təşkilatları ilə birlikdə qurum yaradılmalıdır. Ya federasiya, ya da assosasiya, fərq etməz. Başqa halda diasporun gücü mediada olmalıdır. Mediada səhm sahibi olmaq lazımdır. Ölkələrə dövlətin milli marağının gücünü çatdırmaq istəyirsənsə, başlıca yolu mediadır”.

Ə.Əlibəyli qeyd edib ki, Azərbaycanın xarici ölkələrdəki milyonerləri ayrıca güclü bir vasitə kimi diaspora dəstək verməlidir:

“Amma düşünürəm ki, bu yetərli səviyyədə deyil. Mədəniyyət və dəyərlər bizdə mühüm rol oynamalıdır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...