Dağıstan Respublikasının rəhbəri Sergey Melikov müğənni Sara Şora (Yasəmən) Dağıstan Respublikasının xalq artisti adının verilməsi haqqında fərman imzalayıb.
Diaspora.TV xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Yasəmən Dağıstan Respublikasının Dərbənd şəhərində anadan olub. 1999-cu ildə musiqi karyerasına “It Happens” mahnısı ilə başlayıb. 2009-cu ildə müğənni Dağıstanın, 2014-cü ildə isə Rusiyanın əməkdar artisti adına layiq görülüb.
Yasəmən doqquz Qızıl Qramafon mükafatının qalibidir.
Qeyd edək ki, Yasəmən 2011-ci ildə milyonçu İlan Şorla evlənib.