Tarix: 07.10.2024 / 10:52
Milyardlarla pulu hansısa məmura, dövlət qurumuna verməkdənsə...    - Kulturoloq

Milyardlarla pulu hansısa məmura, dövlət qurumuna verməkdənsə... - Kulturoloq

“Biz 21-ci əsrin dünyasında yaşayırıq. Real dünya ilə yanaşı, virtual aləm get-gedə inkişaf edir. İnformasiya-kommunikasiya texnologiyaları o qədər sürətlə inkişaf edir ki, artıq ənənəvi münasibətlər- sosial, mədəni, ictimai, siyasi, hətta qlobal, geopolitik əlaqələr tamamilə formatını dəyişir. İnsanlar minimal enerji sərf etməklə böyük işlər görməyə səy göstərirlər. Bu baxımdan diaspor hərəkatının böyük bir qolu olan milli-mədəniyyət mərkəzlərinin yaradılması və onun fəaliyyət göstərməsi texnologiya olaraq formatını dəyişməlidir”.

Bu sözləri Diaspora.TV-yə kulturoloq Aydın Xan Əbilov deyib. O, Azərbaycanın imkanları hesabına dünyanın hər bir ölkəsində, həm də konsulluq olan, azərbaycanlıların yaşadığı böyük şəhərlərdə milli – mədəniyyət mərkəzlərinin açılmasının vacibliyini virğulayıb:

“Eyni zamanda orada Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti, incəsənəti və tarixi keçirilsin, adət-ənələrimiz, mətbəxtimiz, incəsənət nümunələrimiz nümayiş olunsun. Amma bu reallığı əks etdirmir. Biz yeni imkanlardan, sosial şəbəkələr, internetdən istifadə edib milli-mədəniyyət mərkəzlərini imkan daxilində real variantlarını yaradaq. Yox imkan yoxdursa onda virtual variantını yaratmağa çalışmalıyıq. İndi dünyanın hər yerində virtual muzeylər, teatrlar, universitetlər var. Elektron təhsil, bilik və bacarıqların artırlması formatları var. Niyə də biz bunu mədəniyyət mərkəzlərində tətbiq etməyək. Milyardlarla pulu hansısa məmura, hansısa dövlət qurumuna, təchizatına verməkdənsə müəyyən miqdar pulla bu məsələləri əlaqələndirən bir dövlət qurumu, yaxud da Fondu yaratmaqla biz dünyanın hər yerində Azərbaycan milli- mədəni mədəniyyət mərkəzlərinin şəbəkəsini aça bilərik”.

Kulturoloq buna böyük ehtiyacın olduğunu qeyd edib:

“Azərbaycanın iqtisadi, siyasi, geosiyasi maraqları, o cümlədən diasporu olan ölkələrdə - xüsusən də Rusiya, Türkiyə, İran, Gürcüstan, Avropa və Amerika, Yaponiya, Koreya kimi ölkələrdə mütləq mədəniyyət mərkəzləri olmalıdır. Mədəniyyət mərkəzləri dil öyrətmək üçün deyil, eyni zamanda bizim turizm imkanlarını nümayiş etdirmək, sənayemizin qapılarını dünyaya açmaq üçün çox vacibdir. Azərbaycanın bazarı böyük, iqtisadi imkanları geniş deyil. Biz maşın, kompüter istehsal edib dünyanı təcübləndirə bilmərik. Çünki bu bazarlar çoxdan tutulub”.

Kulturoloq əlavə edib ki, Azərbaycanın Çin, ABŞ kimi ölkələrlə rəqabət aparmaq imkanları da yoxdur:

“Biz elə kreativ xidmət və sənaye qura bilərik ki, o həm Azərbaycana valyuta gətirsin, həm yeni iş yerləri açılsın, həm də dünyada Azərbaycanı tanıtsın. Bu əyləncə, xidmət, turizm sahələridir. Mədəniyyət mərkəzləri də buna yönəlməlidir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...