Tarix: 18.04.2024 / 19:49
İsveçdə yaşayan  Milli Qəhrəman xəstəxanaya yerləşdirilib

İsveçdə yaşayan Milli Qəhrəman xəstəxanaya yerləşdirilib

İsveçin Malmö şəhərində yaşayan Azərbaycanın Milli Qəhrəmanı Şahin Talıb oğlu Tağıyev Şuşalı 3 gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev Diaspora.TV-yə bildirib ki, Ş.Şuşalının ilk gün vəziyyəti həqiqətən də kritik ağır olub:

"Hazırda onun vəziyyəti stabildir və xəstəxanada müalicə alır. Ümid edirik ki, Şahin bəy tezliklə sağlamlığına qovuşacaq. Ailəsi nə lazımdır edir".

Şərhlər

Heyransa Mirzeyeva

Allah şefa versin

18.04.2024 / 20:34

Yaz...