Tarix: 20.05.2024 / 11:36
Milli Məclisdə Diaspora məsələləri üzrə Komitənin yaradılması faydalı ola bilər   – Hikmət Babaoğlu

Milli Məclisdə Diaspora məsələləri üzrə Komitənin yaradılması faydalı ola bilər – Hikmət Babaoğlu

“Düşünürəm ki, Milli Məclisdə Diaspora məsələləri üzrə Komitənin yaradılması indiki vəziyyətdə aktualdır, lazımdır və çox faydalı ola bilər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Milli Məclisdə Diaspor məsələləri üzrə Komitənin yaradılması ideyasından danışarkən deyib.

Deputat bildirib ki, hazırda dünyada baş verən siyasi proseslərin məntiqi, dinamikası və çoxşaxəliliyi diplomatiyanın yeni vasitələrinin ortaya çıxmasını zəriri edir:

“Bu bəlkə qeyri-ənənəvi olsa da dövlətlərarası əlaqələrin qurulmasında mühim rol oynayır. Son dövrlərdə biz yeni diplomatiya nümunəsi kimi parlament diplomatiyasını, müxtəlif ölkələrdə yaşayan diaspora nümünələrini, diasporanın dövlətlərarası münasibətlərə töhvə verdiyini görürük”.

Hikmət Babaoğlu dünyanın yeni bir nizam axtarışında olduğunu qeyd edib:

“Bu proseslər bir-birini daha yaxından tanımağa çalışır. Diaspor nümayəndələri isə hər bir ölkənin digər ölkədə qeyri-rəsmi səfirləridir. Ona görə də Azərbaycan Respublikası Milli Məclisində Diaspora məsələləri üzrə Komitənin yaradılması aktual görünə bilər. Hər bir ölkə ilə işləyən ayrıca işçi qrupu var. Şübhəsiz ki, bu həmin ölkələrin rəsmi parlament nümayəndələri ilə əlaqələr yaradan işçi qrupudur. Ancaq əgər Diaspora məsələləri üzrə Komitə olarsa, düşünürəm ki, həmin ölkələrin parlament üzvləri ilə bərabər, həm də bu ölkələrdə yaşayan Azərbaycan Respublikası nümayəndələrinin ölkələr arasında münasibətlərin daha da yaxşılaşmasına köməyi olar. Eyni zamanda onları mədəni, humanitar və intellektual inteqrasiya prosesinə cəlb etmək olar”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...