“Düşünürəm ki, Milli Məclisdə Diaspor Komitəsinin yaradılmasına ehtiyac yoxdur”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
Sədr bunun səbəbini Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsinin mövcudluğu ilə əlaqələndirib:
“Diaspor təşkilatları da fəaliyyət göstərir. Bundan əlavə xaricdə yaşayan soydaşlarımızla əlaqə quran xüsusi komitə var, öz işini normal qurub, fəaliyyəti qaneedicidir”.
Deputat 44 günlük Vətən Müharibəsində xaricdə yaşayan soydaşlarımızın, diasporların xüsusi əməyi olduğunu vurğulayıb:
“Onların xalqımız, dövlətimiz, Ali Baş Komandanımız, əsgər və zabitlərimizlə bərabər olduğunun şahidi olduq”.
Jalə
Diaspora.TV
Lale
MM’de diaspora komitesinin yaradılmasına ehtiyac var . Hetta deyerdim ki diasporla iş üzre dövlet komites tamamile leğv edilerek MMde komissiya işe başlasın
09.07.2024 / 14:33