“Diasporla müsahibə”nin növbəti qonağı Böyük Britaniyada yaşayan, London Azərbaycan Qadınlar Klubunun rəhbəri, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun ilk təsisçilərindən biri və İdarə Heyətinin üzvü Sevil Aslanova olub.
S.Aslanova müsahibəsində 2000-ci ilin dekabr ayından Böyük Britaniyada yaşadığını bildirib:
“Buna qədər Azərbaycan Memarlıq və İncəsənət Universitetində Azərbaycan dili və Rus dili üzrə baş müəllim kimi fəaliyyət göstərirdim. Xaricilərlə münasibətdə ilk addımlarım bu sahədən başlayıb”.
Böyük Britaniyada ilk Azərbaycan cəmiyyətinin qurucularından olan S.Aslanova bildirib ki, əvəllər cəmi 20-30 ailə olublar:
“Ətraf şəhərlərdən eşitdikcə qrupumuzun tədbirlərində fəal iştirak edən azərbaycanlılar da olurdu. Qrupumuz böyüdükcə digər millətlərə məxsus beynəlxalq təşkilata qoşuldu, orada bir çox uğurlara imza atdıq”.
S.Aslanova qeyd edib ki, hələ o zaman milli geyimlərimiz, yeməklərimiz hər kəs tərəfindən maraqla qarşılanıb:
“Milli qadın və kişi geyimlərimizi müxtəlif təşkilatlarda, bayramlarda nümayiş etdirir, müsbət rəylər alırdıq. Hətta afrikalı xanımın Azərbaycanın milli geyimini nümayiş etdirməsi böyük maraqla qarşılanmışdı. “Multicultural” adlı ləzzət festivalı fəaliyyət göstərirdi, bütün qruplar yeməklərimizi bizi gözləyirdi”.
Müsahibəmiz bildirib ki, 2014-cü ildən Londonda Azərbaycan Qadınlar Klubunu təsis edib:
“Düşündüm ki, qadınlarla işləmək daha rahatdır. Klubu 8 mart Beynəlxalq Qadınlar Günü yaratdıq və hazırda aktiv fəaliyyət göstərir”.
S.Aslanova vurğulayıb ki, soydaşlarımız azərbaycanlı olduqlarını heç vaxt unutmamalı, dövlət və millət üçün faydalı işlər görməlidirlər.
günay Məmmədova
Sevil xanım xoş xasiyyətli bir insandı verilişdə əla alınıb diaspora kollektivinə uğurlar
05.06.2024 / 16:23