Tarix: 24.06.2024 / 16:50
Milli fəalın vəziyyəti   yenidən ağırlaşıb

Milli fəalın vəziyyəti yenidən ağırlaşıb

Təbriz həbsxanasında saxlanılan milli fəal Kərim İsmayılzadənin vəziyyəti yenidən ağırlaşıb.

Diaspora.TV xəbər verir ki, bu barədə həbsxanadakı mənbələrə istinadən insan haqları təşkilatları məlumat yyaıb.

Bildirilib ki, iyunun 23-də mədə qanaxması keçirən milli fəal Təbrizin "İmam Rza" xəstəxanaya köçürülüb.

Qısa müddətli müalicədən sonra geri qaytarılan Kərimzadənin durumunun ağır olaraq qaldığı və komaya düşmək təhlükəsi olduğu bildirilib.

"Həbsxananın tibb məntəqəsinin həkimləri məntəqəə müalicə üçün yetərli tibbi avadanlıq olmadığını, məhbusun xəstəxanada müalicə olunmasını istəsələr də, həbsxana rəhbərliyi bununla razılaşmayıb",- məlumatda deyilib.

Qeyd edək ki, "insanları kiberməkanda zorakı hərəkətlərə təhrik və dəvət etmək"də günahlandırılan İsmayılzadə aprel ayının 17-də həbs edilib./GünazTV


Şərhlər

Yaz...