Tarix: 31.08.2024 / 14:24
 Millət vəkili güneyli jurnalistlərə qəribə    hədiyyə verib

Millət vəkili güneyli jurnalistlərə qəribə hədiyyə verib

Bir neçə gün öncə Zəngan əyalətinin Əbhər şəhərində jurnalistlərin mükafatlandırma mərasimi keçirilib.

Diaspora.TV xəbər verir ki, tədbirdə Əbhər şəhərini İran parlamentində təmsil edən millət vəkili Mənsur Əlimərdani də iştirak edib.

Bildirilib ki, fəaliyyətlərinə görə fərqlənən jurnalistlərin hər birinə mükafat olaraq paket içərisində 3 ədəd tualet kağızı verilib. Eyni zamanda, mükafatlandırılan jurnalistlər hökumətin siyasi-ideoloji təbliğatı ilə məşğul olan şəxslərdirlər.

Qeyd edək ki, jurnalistlərə mükafat olaraq tualet kağızı verilməsi sosial media istifadəçilərinin tənqidi ilə üzləşib. (Salameno)


Şərhlər

Yaz...