Azərbaycanlı namizədi təbrizlilər belə qarşıladı - VİDEO
Hava limanında Məsud Pezeşkianı Azərbaycan milli geyimində olan qızlar, qadınlar və oğlanlar qarşılayıblar.
Diaspora.TV xəbər verir ki, Pezeşkianı qarşılamaq üçün hava limanına, onun görüş keçirdiyi Bağşımal (Təxti) stadionunu və ətrafında isə 50 mindən çox insanın toplaşdığı bildirilib. Bağşımal stadionunda insanlar Məsud Pezeşkianı milli geyimdə qarşılayıb və Azərbaycan musiqiləri səsləndiriblər.
Müxtəlif bölgələrdən stadiona toplaşanlar mərkəzi hakimiyyətin siyasətlərinə etiraz olaraq "Türk dilində mədrəsə, olmalıdır hər kəsə", "Urmu, Zəncan, Ərdəbil- Bu səs Təbrizdən gəlir", "Urmu gölü susuzdur", "Azərbaycan qızları, göylərin ulduzları" və başqa bu kimi şüarlar səsləndirilib.
Stadiona toplaşanlar qarşısında çıxış edən, başqa 5 namizədin ona qarşı birləşdiyini, ancaq buna baxmayaraq qalib gələcəyini deyib.
"Sizin səsinizəm və sizin səsinizi çatdırıram. Qızlarımızın, qadınlarımızın, məktəblilərin, tələbələrin və müəllimlərin hüquqlarından keçməyəcəyəm. Hamınızın dəstəyi ilə Urmu gölünü bərpa edəcəyik. Həmişə sədaqətli qalacağıma, sizə yalan deməyəcəyimə söz verirəm", - deyə Məsud Pezeşkian bildirib.
Zinfira Aziməndi
Arzum yalnız sülhün olması, türk millətinin birliyi, əmin- amanlıqla yaşamasıdır.
13 İyul 2024 12:07