Mesut Özilin ardınca dünya ulduzu Lionel Messi də Bakıya gələ bilər.
Diaspora.TV xəbər verir ki, bu barədə News24.az-a ABŞ-də yaşayan soydaşımız Yura Davidov bildirib.
Onun sözlərinə görə, hazırda məşhur avtomobil şirkətlərindən biri möhtəşəm reklam çarxı çəkmək istəyir. Bu işə tanınmış futbolçu və müğənnilərin cəlb edilməsi gözlənilir:
"Hazırda reklam hazırlıqlarına başlanması üçün fikir mübadiləsi aparılır.
Reklamda, əsasən, ABŞ-də çıxış etmiş futbolçulardan bir neçəsinin çəkilməsi ehtimal olunur. Onlar Lionel Messi, Zlatan İbrahimoviç, Stiven Cerrard, Bastian Şvaynştayger kimi dünya ulduzlarıdır. Çox güman ki, bu futbolçuların arasından seçim ediləcək. Reklam çarxının özəl tərəfi isə qədim şəhərlərdə çəkilməsi olacaq.
Eyni zamanda, şəhərlər arasında da seçim ediləcək. Siyahıda qədim İordaniya, Mərakeş, Yunanıstan, Misir, Türkiyə kimi şəhərlərin adı var. Hətta çəkilişlərin Bakıda da aparılacağı ehtimal olunur.
Bu ehtimal gerçəklşərsə, gələn ilin ikinci yarısında Bakıda Lionel Messini görə bilərik", - deyə, o qeyd edib.