Beynəlxalq Kino Sənayesində “Gördüm” filmi ilə bir çox ölkədən mükafatlar qazanan türkiyəli məşhur rejissor Mehmet Kılıç 6 ildən sonra hikmətdən bəhs edən ikinci bədii filmi “Heç”lə kinoya qayıdıb.
Diaspora.TV xəbər verir ki, hazırda Türkiyə, Rusiya, Azərbaycan və Cənubi Afrika Respublikasında çəkilişləri davam edən “Heç” filmi ilə bağlı açıqlama verən məşhur rejissor deyib:
“İddialı bir film olacağına inanıram. Özünəməxsus mövzusu və aktyor heyəti ilə kino dünyasına daxil olacağıq. Moskvada çəkilişlərini tamamlanıb, gələn həftə Bakıya gedirik. Filmimizin qalan çəkilişlərini orada davam etdirəcəyik. Azərbaycandan təxminən iki həftə sonra Cənubi Afrika Respublikasında çəkilişlərimizi davam etdirəcəyik”.
“Heç” filminin beynəlxalq çəkiliş prosesinə də toxunan rejissor Kılıç Rusiya, Azərbaycan və Cənubi Afrikadan, Yunanıstan, Macarıstan və Gürcüstandan dəvət aldıqlarını bildirib.